6 ildən sonra ilk... - Premyer Liqada
04.02.2022 - 15:39
6 ildən sonra ilk... - Premyer Liqada

İngiltərə Premyer Liqasında yanvarın ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in qapıçısı David De Xea bu ada layiq görülüb.

İspaniyalı qolkiper hamıdan çox səs toplayaraq, ayın ən yaxşısı seçilib. Maraqlıdır ki, De Xea 2016-cı ildən bəri bu mükafata sahib çıxan ilk qapıçıdır. Ona qədər sonuncu dəfə 6 il əvvəl Freyzer Forster ayın ən yaxşısı olub.

David De Xea eyni zamanda 11 illik “Mançester Yunayted” karyerasında ilk dəfə Premyer Liqada ayın ən yaxşısı seçilib.