“Qarabağ” tarixində 8-ci dəfə qatıldığı avrokubokların qrup mərhələsində son oyununa çıxacaq.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi VI turda “Bazel”lə görüşəcək.
Qrupdan çıxdığını təmin edən hər iki komanda üçün son matç 1-ci yer baxımından vacibdir. İsveçrə təmsilçisinə məğlub olmamaq da yetərlidir. “Qarabağ” isə mütləq qalib gəlməlidiir ki, pley-offa deyil, 1/8 finala yüksəlsin.
Bunun üçün təmsilçimiz son tur sindromunu qırmalıdır. Belə ki, “Qarabağ” əvvəlki 7 mövsümün heç birində finişdə qalib gəlməyib.
Son turun görüşlərində komandamız cəmi 2 heç-heçə edib. Bu, qrupdakı debütdə - 2014-cü ildə və iki il öncə qeydə alınıb. “Qarabağ” hətta səfərdə darmadağın etdiyi “Düdelanj”ı da evdəki son turda yenə bilməyib. Digər 5 son matç isə məğlubiyyətlə nəticələnib. Bu yenilgilərdən biri texniki nəticə olub. Ağdamlılar koronavirus səbəbindən İspaniyaya yollanmayıb. Digər məğlubiyyətlərin dördü də minimal fərqlə olub.
Qeyd edək ki, 2014-cü ildən daim qrupda oynayan təmsilçimiz 2017-ci ildə Çempionlar Liqası, digər mövsümlərdə Avropa Liqasına bunu bacarıb. Bu il isə ilk dəfə keçirilən Konfrans Liqasında qrupun finişindədir.
“Qarabağ”ın qrupdakı son oyunları
11 dekabr. “Qarabağ” – “İnter” (İtaliya) - 0:0
10 dekabr. “Anderlext” (Belçika) – “Qarabağ” – 2:1
8 dekabr. “Qarabağ” – “Fiorentina” (İtaliya) – 1:2
5 dekabr. “Roma” (İtaliya) – “Qarabağ” – 1:0
13 dekabr. "Arsenal” (İngiltərə) – "Qarabağ” – 1:0
12 dekabr. “Qarabağ” – “Düdelanj” (Lüksemburq) – 1:1
10 dekabr. “Vilyarreal” (İspaniya) – “Qarabağ” - +:- (koronavirusa görə)