9 qollu oyunda 9-a çatdı - nadir təsadüf olunan hesab
26.12.2021 - 21:26
9 qollu oyunda 9-a çatdı - nadir təsadüf olunan hesab

İngiltərə Premyer Liqasında nadir təsadüf olunan hesab qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, “Mançester Siti” “Lester”ə 6:3 hesabı ilə qalib gəlib.

9 qollu qarşılaşma Pep Qvardiolanın yetirmələrinin çempionatda ardıcıl 9-cu qələbəsi olub. Son üç görüşdə böyük hesabla qalib gələn mançesterlilər bu matçlarda 17 top vurub və 3-nü buraxıblar.

Qeyd edək ki, “şəhərlilər” ilin son matçını dekabrın 29-da “Brentford”a qarşı keçirəcək.