A seriyası klublarında koronavirusa yoluxma
30.12.2021 - 15:17
İtaliyada daha iki klubun futbolçuları koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçiləri “Napoli” və “Atalanta”nın oyunçuları virusa yoluxub.
Neapol təmsilçisinin hücumçusu Viktor Osimxen, həmçinin beqamoluların adları açıqlanmayan iki üzvünün testinin nəticəsi pozitiv çıxıb. Həmin oyunçuların hər biri karantinə alınıb.
Qeyd edək ki, bu gün İspaniyanın “Atletiko” klubunun baş məşqçidi Dieqo Simeone, futbolçuları Antuan Qrizmann, Joao Feliks, Koke və Ektor Erreranın koronavirusa yoluxduğu açıqlanıb.
0
0