A seriyasından “Toronto”ya
05.01.2022 - 22:02
A seriyasında çıxış edən daha bir futbolçu karyerasını MLS-də davam etdirəcək.
Apaspot.az saytının məlumatına görə, “Cenoa”nın 34 yaşlı müdafiəçisi Domeniko Krişito Şimali Amerikaya yollanmağa qərar verib.
O, “Toronto”dan aldığı təklifi qəbul edib. Domenikoya qədər “Napoli”nin ulduzu Lorenso İnsinye ilə anlaşan Kanada klubu daha bir tanınmış simanı heyətinə qatmağı məqsədəuyğun sayıb. Hər iki futbolçu “Toronto”ya mövsümün sonunda qoşulacaq.
Qeyd edək ki, Krişito cari mövsüm “Cenoa”da keçirdiyi 16 qarşılaşmada 6 qol vurub.
0
0