A seriyasının ən yaxşısı seçildi
08.01.2022 - 16:40
İtaliya A seriyasında dekabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “Fiorentina”nın hücumçusu Duşan Vlahoviç bu ada layiq görülüb.
Serbiya millisinin üzvü azarkeşlər tərəfindən ən çox səs toplayaraq, rəqiblərini qabaqlayıb. 22 yaşlı forvard dekabrda keçirdiyi 4 oyunda 4 qol vurub, 1 assist edib.
Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 18 qol vurub, 3 məhsuldar ötürmə verib.
0
0