AFFA “Karvan”ın oyunu ilə bağlı QƏRAR
10.02.2022 - 12:56
Region Liqasının başa çatdırılmayan “Karvan” – “Qoşqar” UGİM-2 oyununun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, matç barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Qurum görüşün 90+3-cü dəqiqəsində meydanı özbaşına tərk edən “Qoşqar” UGİM-2 komandasını cəzalandırıb. Komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, qonaqlar hakimin penalti təyin etməsinə etiraz əlaməti kimi qarşılaşmanı sona çatdırmayıblar.
0
0