AFFA “Sabah”ın şikayətini təmin etmədi
24.12.2021 - 17:24
AFFA “Sabah”ın şikayətini təmin etmədi

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda “Sabah" klubunun apelyasiya şikayətinə baxılıb.

Tribunal paytaxt təmsilçisinin müraciətini təmin etməyib. İntizam Komitəsinin “Sabah”ın futbolçusu Nihad Cabbarov barəsində verdiyi 4 oyunluq cəza qüvvədə saxlanılıb.