AFFA millinin futbolçusuna Bakıda ev aldı
21.12.2021 - 16:08
Azərbaycan millisinin və “Sumqayıt”ın futbolçusu Rəhim Sadıxovun kirayədə qaldığı illər geridə qalıb.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Bakıda mənzil alıb.
Ona bu problemin həllində AFFA hərtərəfli köməklik göstərib.
Qurum Rusiyada doğulan və 3 il öncə Azərbaycana köçən Sadıxovun mənzilə görə ödədiyi məbləğin əhəmiyyətli hissəsini öz hesabından qarşılayıb (sportinfo.az).
0
0