AFFA-nın planı - Premyer Liqada 12 klub
06.05.2022 - 11:09
AFFA-nın planı - Premyer Liqada 12 klub

“Üç komanda birinci diviziona qəbul olundu. Onlardan biri də Naxçıvan təmsilçisidir”.

Bunu apasport.az saytına açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib.

Növbəti mövsümdən “Mingəçevir”, “İmişli” və “Araz Naxçıvan”ın I divizionda iştirak edəcəyini vurğulayan assosiasiya rəsmisi Premyer Liqada komanda sayının 10-a yüksəldilməsinə də münasibət bildirib.

O, 2023/24 mövsümündə bu sayın 12 olacağını da istisna etməyib: “Kəpəz” və “Turan Tovuz” gələn mövsümdən Premyer Liqada iştirak edəcək. Sonrakı mövsüm daha iki komanda cəlb edib, sayı 12-yə yüksəltmək istəyirik. Gələcəkdə bəlkə daha da artdı. Bizdə sponsor məsələsi problemdir. 2-3 klubdan başqa hamısı AFFA-nın boynundadır”.