Abanq yenidən ikinci komandaya göndərildi - SƏBƏB
07.12.2021 - 14:30
Abanq yenidən ikinci komandaya göndərildi - SƏBƏB

“Keşlə” futbolçusu Anatole Abanqı yenidən ikinci komandaya göndərib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XIII turunun “Səbail”lə görüşündə qırmızı vərəqə alan hücumçu eyni klubun ikinci komandasına qarşı oynayır.

Kamerunlu forvard I divizionda XI tura start heyətində çıxıb. “Səbail-2” ilə “ASCO Arena”dakı görüş Anatolenin aşağı dəstədəki ilk matçı deyil.

Mövsümün əvvəlində də diviziona göndərilən Abanq bombardirlik keyfiyyətlərini orada da göstərib. O, Premyer Liqada 4, I divizionda 5 dəfə fərqlənib.

Qeyd edək ki, “Səbail-2” – “Keşlə-2” oyunu saat 14:30-da başlayıb.