Abdullah Zubir: “Topu ayağıma alan kimi yapışır”
11.05.2022 - 14:45
Abdullah Zubir: “Topu ayağıma alan kimi yapışır”

“Oyunlarda üz-üzə gəldiyim futbolçular sanki mənə yapışır, qətiyyən boşluq vermirlər”.

Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib.

“Azərbaycanda üz-üzə gəldiyiniz zaman çətinlik çəkdiyiniz müdafiəçi varmı”, - sualını cavablandıran 30 yaşlı fransalı yarımmüdafiəçi rəqiblərin ona qarşı xüsusi hazırlaşdığını söyləyib.

Hücumameylli sol cinah oyunçusu “Sabah”ın müdafiəçisi Amin Seydiyev fərqləndirib: “Bir dəfə belə bir sual olmuşdu, Amin Seydiyevin adını çəkmişdim. Ümumiyyətlə, bütün komandalara qarşı çıxış edəndə rəqib müdafiəçilər təkbətək mübarizələrdə boşluq vermirlər. Bu üzdən getdikcə oynamaq çətinləşir. Topu ayağıma aldıqda dərhal kiminsə mənə yapışdığını hiss edirəm. Konkret hansı müdafiəçiyə qarşı oynadıqda çətinlik çəkdiyimi söyləmək çətindir. Çünki mənə qarşı sanki xüsusi nəzarət olur”.

Qeyd edək ki, Abdullah Zubir cari mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə 40 oyun keçirib, 11 qol vurub.