Acun Ilıcalı “Fənərbaxça”nın 2 oyunçusunu alır
10.01.2022 - 12:00
“Fənərbaxça”nın iki futbolçusu karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Miha Zayç və hücumçu Allahyar Səyyadmaneş Çempionşip təmsilçisi “Hall Siti”nin maraq dairəsindədir.
Aşağı liqa klubunun sahibi olan türkiyəli iş adamı Acun Ilıcalı öncə Zayç və Səyyadmaneşlə komandanı gücləndirməyə çalışacaq. Hətta tərəflər arasında bu barədə ilkin danışıq aparıldığı və razılıq əldə olunduğu da bildirilib.
Qeyd edək ki, Miha Zayç ötən ilin iyulunda “Cenoa”dan, Allahyar Səyyadmaneş isə dekabrında “Zarya”dan icarədən “Fənərbaxça”ya qayıdıb.
0
0