Adeyeminin yeni klubu bilindi
07.12.2021 - 18:01
Adeyeminin yeni klubu bilindi

“Zalsburq”un hücumçusu Karim Adeyeminin yeni klubunun adı böyük ölçüdə müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı forvard Dortmund “Borussiya”sına keçməyə hazırlaşır.

Almaniya mətbuatı Adeyeminin “Borussiya”ya keçidinin 95 faiz həll olunduğunu vurğulayıb. Tərəflər müqavilənin son təfərrüatlarını razılaşdırmağa çox yaxındır. “Zalsburq”la müqaviləsi 2024-cü ilin yayına qədər olan forvardın dortmundlulara təxminən 35-40 milyon avroya başa gəlməsi gözlənilir.

Qeyd edək ki, Karim Adeyemi bu mövsüm 26 oyunda 15 qol vurub, 2 məhsuldar ötürmə verib.