Afrika Millətlər Liqasının ən dəyərli rəmzi komandası – Andrade və Kanesiz “11-lik”
09.01.2022 - 12:50
Afrika Millətlər Liqasının ən dəyərli rəmzi komandası – Andrade və Kanesiz “11-lik”

Bu gün Afrika Millətlər Liqası start götürəcək.

Apasport.az saytının məlumatına görə, 2022-ci ilin ilk beynəlxalq turnirinin ən dəyərli simvolik komandası müəyyənləşib.

Araşdırma zamanı yarışa qatılan futbolçular arasında hər mövqe üzrə transfer qiyməti ən baha olanlar seçilib. Azərbaycan Premyer Liqasında çıxış edən afrikalılardan yalnız ikisi - Patrik Andrade (Vape Verde) və Mamadu Kane (Qvineya) Afrika Millətlər Liqasında mübarizə aparacaq. Təbii olaraq nə “Qarabağ”, nə də “Neftçi”nin yarımmüdafiəçisi rəmzi “11-liy”ə düşə bilib.

Simvolik komandada ən çox futbolçu ilə Seneqal təmsil olunub. Adıçəkilən yığmanın 4 üzvü öz mövqeyinin ən dəyərlisidir.

Qapıçı: Eduard Mendi
Klubu: “Çelsi”
Ölkəsi: Seneqal
Yaşı: 29
Transfer dəyəri: 32 milyon avro

Mərkəz müdafiəçisi: Kalidu Kulibali
Klubu: “Napoli”
Ölkəsi: Seneqal
Yaşı: 30
Transfer dəyəri: 45 milyon

Mərkəz müdafiəçisi: Edmond Tapsoba
Klubu: “Bayer”
Ölkəsi: Burkina Faso
Yaşı: 22
Transfer dəyəri: 40 milyon

Sol cinah müdafiəçisi: Abdu Diallo
Klubu: PSJ
Ölkəsi: Seneqal
Yaşı: 25
Transfer dəyəri: 25 milyon

Sağ cinah müdafiəçisi: Əşrəf Hakimi
Klubu: PSJ
Ölkəsi: Mərakeş
Yaşı: 23
Transfer dəyəri: 70 milyon

Orta sahə: Vilfred Ndidi
Klubu: “Lester”
Ölkəsi: Nigeriya
Yaşı: 25
Transfer dəyəri: 60 milyon

Orta sahə: Tomas Parti
Klubu: “Arsenal”
Ölkəsi: Qana
Yaşı: 28
Transfer dəyəri: 40 milyon

Orta sahə: Frank Kessi
Klubu: “Milan”
Ölkəsi: Fil Dişi Sahili
Yaşı: 25
Transfer dəyəri: 48 milyon

Sol vinger: Sadio Mane
Klubu: “Liverpul”
Ölkəsi: Seneqal
Yaşı: 29
Transfer dəyəri: 80 milyon

Sağ vinger: Məhəmməd Salah
Klubu: “Liverpul”
Ölkəsi: Misir
Yaşı: 29
Transfer dəyəri: 100 milyon

Hücumçu: Viktor Osimxen
Klubu: “Napoli”
Ölkəsi: Nigeriya
Yaşı: 23
Transfer dəyəri: 60 milyon