Aftandil Hacıyev: "Matçı aktivimizə yazmaq olar"
08.02.2022 - 21:16
Aftandil Hacıyev: "Matçı aktivimizə yazmaq olar"

“Çox maraqlı oyun alındı”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

O, Premyer Liqanın XV turunun “Sumqayıt”la ev oyunundan sonra görüş barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “İlk hissə daha dinamik idi. Gərgin oyun keçdi. Matçı aktivimizə yazmaq olar. İkinci hissədə bərabər oyun getdi, rəqib üstünlüyü bir az ələ aldı. Matça itkilərlə çıxmışdıq. Qələbəyə layiq oynasaq da, 1 xalla kifayətləndik. Xal qazanmaq çətin olsa da, hər matçda bunun üçün çalışacağıq. Heyətlərə baxanda hər kəsə məlumdur ki, iddiamız böyük deyil. Daha çox yerlilərə üstünlük veririk. Bizim qarşımızda avrokuboklarda oynamaq vəzifəsi qoyulmayıb. Çalışırıq ki, yerlilərdən yaxşı komanda formalaşdıraq”.

Qeyd edək ki, autsayderlərin duelində qalib müəyyənləşməyib – 1:1.