“Neftçi”nin qapıçısı Səlahət Ağayev uzun müddətdən sonra rəsmi matça çıxacaq.
Apasport.az saytının məlumatına görə, təcrübəli əlcək sahibi Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə görüşünün protokolunda start heyətdə yer alıb.
Bu, Ağayevin mövsümdə ilk matçı olacaq. Səlahət sonuncu dəfə martın 7-də “Sabah”la Premyer Liqanın ötən mövsümki qarşılaşmasında şans qazanmışdı.
“Ağ-qaralar”ın 4 cavabsız qolla qalib gəldiyi matçın 60-cı dəqiqəsində meydana daxil olan qolkioper Aqil Məmmədovu əvəzləmişdi. Beləliklə, Səlahət 331 günlük fasilədən sonra şans qazanacaq.
Qeyd edək ki, dünən daha bir qapıçı – Kamran Ağayev uzun fasilədən sonra meydana dönüb. “Səbail”in qolkiperi “Sumqayıt”la səfər matçına (1:0) çıxmaqla 673 günlük fasiləyə son qoyub.
- İngilis mütəxəssis “Vest Hem”i pulsuz çalışdırmağa hazırdır
- Xabi Alonso üçün son şans: Derbiləri udmasa...
- Taylandda faciə: Fransız futbolçu selfi çəkmək istədi, yıxılaraq öldü
- Erlinq Halanddan yeni rekord: Premyer Liqada 20 qol, Avropada liderlik
- “Barselona” Super Kubokda rekord qırdı – “Atletik Bilbao”ya 5 cavabsız qol