Alabada koronavirus şübhəsi
21.12.2021 - 17:38
Alabada koronavirus şübhəsi

Daha bir ulduz futbolçu koronavirusa yoluxa bilər.

Apasport.az saytının məlumatına görə, David Alabada yoluxma şübhəsi yaranıb.

İspaniya “Real”ının müdafiəçisi komandanın bugünkü məşqindən də kənar qalıb. Avstriyalının yoluxduğu ehtimal olunur. O, testin nəticəsini gözləyir.

Qeyd edək ki, “Real” sabah “Atletik”lə La Liqa matçına çıxacaq.