Aleksey Baqa: "Qol epizodlarından yararlana bilmədik”
08.02.2022 - 21:19
Aleksey Baqa: "Qol epizodlarından yararlana bilmədik”

“Yaxşı oyun alındı. Futbolçular ikinci hissədə əla oynadılar”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa deyib.

Belaruslu mütəxəssis Azərbaycan Premyer Liqasının XV turunun “Səbail”lə səfər oyunu barədə fikirlərini qarşılaşmadan sonra “CBC Sport”a açıqlayıb: “Qələbəyə layiq idik. Qol epizodlarından yararlana bilmədik”.

Baqa matçın gedişində hakimlik barədə işlətdiyi “faciə” sözünə də aydınlıq gətirib: “Ancaq öz komandamın işini dəyərləndiririk. Hakimlər barədə başqa orqanlar danışmalıdır. Əli Qurbaninin epizodunda qayda pozuntusu olduğu 100 faizdir”.

Baqa kubokun cavab matçı barədə fikir bildirib: “Şanlarımız kifayət qədərdir. Ev oyununda da qol imkanlarımız var idi. Qəbələyə nikbin yollanacağıq”.

Qeyd edək ki, Baqanın Premyer Liqadakı debütü 1:1 hesablı heç-heçə ilə başa çatıb.