Aleksey Baqadan təklif – futbolçuların əmək haqqından tutulmalıdır
29.03.2022 - 16:38
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa klub rəhbərliyinə yeni təklif verib.
Apasport.az saytının məlumatına görə, belaruslu çalışdırıcı futbolçuların cərimələnməsi təşəbbüsü ilə çıxış edib.
Ötən ilin sonunda bu posta təyin edilən mütəxəssis uğursuzluq zolağından çıxmağın yolunu bunda görür. O, komandanın turnir cədvəlində 8-ci, yəni, son pilləyə düşəcəyi halda, oyunçuların əmək haqqından 20 faiz cərimə tutulmasını təklif edib.
Premyer Liqada 19 oyun keçirən “Sumqayıt” hazırda 7-ci sırada məskunlaşıb. 14 xala malik “kimyaçılar” yalnız “Səbail”i 3 xal qabaqlayır (sportinfo).
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0