Alleqri “Yuventus”da qalacaq
09.05.2022 - 14:59
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, mütəxəssis Turin təmsilçisinin sükanı arxasında qalacaq.
Komandanın çempionluq şansını itirməsi və Çempionlar Liqası ilə 1/8 finalda vidalaşmasına baxmayaraq, klub rəhbərliyi Alleqrini postunda saxlayacaq. Mayın 11-də “İnter”lə keçiriləcək İtaliya kubokunun finalı da onun taleyinə təsir etməyəcək.
Qeyd edək ki, Alleqrinin “Yuventus”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
0
0