Alleqri Kapelloya çatdı
22.12.2021 - 09:11
Alleqri Kapelloya çatdı

“Yuventus” İtaliya A seriyasının XIX turunda “Kalyari”yə 2:0 hesabı ilə qalib gəlib.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri A seriyasında 252-ci qələbəsini qazanıb.

O, bu göstəricidə “Yuventus”da da çalışmış Fabio Kapelloya çatıb. Lakin Alleqri bu rəqəmə daha tez nail olub. O, həmkarı ilə müqayisədə 40 matç az keçirib.

Alleqri 2008/09 mövsümündən sonrakı dövrdə ən çox qələbə qazanan mütəxəssisdir. O, bu müddətdəki ən yaxın izləyicisini 60 qələbə qabaqlayır.