Alleqri diskvalifikasiya olundu
08.01.2022 - 16:23
Alleqri diskvalifikasiya olundu

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb təcrübəli mütəxəssisin İtaliya A seriyasının XX turunda “Napoli” ilə oyundan (1:1) sonra baş hakimin ünvanına nalayiq ifadə işlətməsi olub.

Yerli İntizam Komitəsi bu hərəkətinə görə, Alleqrini 1 matçlıq diskvalifikasiya edib. O, “Roma” ilə növbəti tur qarşılaşmasında texniki zonadakı yerini ala bilməyəcək. Mütəxəssis eyni zamanda 10 min avro cərimələnib.

Turin klubu ehtiyat oyunçular skamyasında əyləşənlərin davranışına görə, əlavə 10 min avro cərimə də ödəməli olacaq.

Qeyd edək ki, “Roma” – “Yuventus” oyunu sabah keçiriləcək.