Amerika şirkəti A seriyası klubunu alır – 350 milyona
19.02.2022 - 16:18
Amerikanın KKR investisiya şirkəti “Atalanta”nın səhmlərini almaq istəyir.
Apasport.az saytının məlumatına görə, adıçəkilən şirkət nümayəndələri klubun sahibi olan Perkassi ailəsi ilə danışıqlara başlayıb.
KKR gələn həftəyə qədər klubun yeni sahibi ola bilər. Onlar 350 milyon avroya A seriyası təmsilçisinin səhmlərinin 85 faizini ələ keçirməyi planlaşdırır. Bu baş versə belə, Luka Perkassi klubun baş direktoru olaraq qalacaq.
Qeyd edək ki, son illər diqqətçəkən nəticələrə imza atan “Atalanta” 2020-ci ildə Çempionlar Liqasının 1/4 finalına qədər yüksəlib.
0
0