Anar Nəzirov debütündə qovuldu
18.12.2021 - 15:58
Anar Nəzirov debütündə qovuldu

I divizionun XII turu debütlə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Anar Nəzirov mövsümdə ilk dəfə meydana çıxıb.

“Zirə”nin heyətinə düşməkdə çətinlik çəkən təcrübəli qapıçı “Zirə-2”də debüt edib. Xeyli müddət Azərbaycan millisinin qapıçıları sırasında yer alan Anar “Keşlə-2” ilə səfər matçına çıxıb.

Qolkiper artıq matçın 51-ci dəqiqəsində qırmızı vərəqə alıb. O, meydandan qovulanadək bir qol da buraxıb.

Qeyd edək ki, hazırda “Keşlə-2” 3:1 hesabı ilə öndədir.