Anar Nəzirovdan sonra Mehdi Cənnətov da birinci divizionda
22.12.2021 - 13:59
Anar Nəzirovdan sonra Mehdi Cənnətov da birinci divizionda

“Zirə”nin daha bir qapıçısı əvəzedici heyətə göndərilib.

Apasport.az saytının məlumatına görə, Anar Nəzirovdan sonra Mehdi Cənnətov da birinci divizionda meydana çıxacaq.

Əsas heyətin bir nömrəli qapıçısı sayılan Cənnətov I divizionun XIII turu çərçivəsində “Turan Tovuz”la bu gün keçiriləcək qarşılaşmada çərçivəni qoruyacaq. Milli komandamızın qolkiperi bu gün saat 15:00-da start götürəcək matçda baş məşqçi Azər Məmmədovun sərəncamında olacaq.

Qeyd edək ki, Mehdi Cənnətov Premyer Liqanın cari mövsümündə “Zirə”nin bütün matçlarını əvəz olunmadan keçirib.