Ançelotti Poçettinonu yalançı adlandırdı
29.04.2022 - 17:29
PSJ-nin futbolçusu Kilian Mbappenin “Real”a mümkün keçidinə baş məşqçilər də biganə qalmayıb.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhənginin çalışdırıcısı Karlo Ançelottini Fransa klubundan olan həmkarı Maurisio Poçettinonu özündən çıxarıb.
İtaliyalı mütəxəssis Mbappenin PSJ-də qalacağını iddia edən argentinalını cavabsız qoymayıb: “Məşqçilər bəzən yalan danışır”.
Qeyd edək ki, yayda azad agent statusu alacaq Kilianın taleyinə hələ aydınlıq gəlməyib.
0
0