Ançelottinin türk futbolçu istəyi
03.01.2022 - 15:42
“Real” Türkiyə millisinin futbolçusu Merih Demiralı transfer etmək istəyir.
Apasport.az saytının məlumatına görə, “Yuventus”un “Atalanta”ya icarəyə verdiyi müdafiəçinin keçidini baş məşqçi Karlo Ançelotti xahiş edib.
İtaliyalı mütəxəssis 23 yaşlı oyunçunun “Real”ın müdafiə xəttini gücləndirəcəyi qənaətindədir. O, “Çelsi”, “Nyukasl” və “Napoli”nin də transfer siyahısında yer alan Demiralı sərəncamında görmək istəyir.
Qeyd edək ki, müdafiəçini yayda icarəyə götürən “Atalanta” onu 27 milyon avroya almaq hüququna da malikdir.
0
0