Antirekord qorxusu
11.11.2021 - 16:47
Antirekord qorxusu

Azərbaycan millisi antirekorda imza ata bilər.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri tariximizin ən uğursuz nəticəsinə imza atmamaq üçün bu gün Lüksemburqa qalib gəlməlidir.

DÇ-2022-nin seçmə mərhələsində son oyununa çıxacaq millinin cəmi 1 xalı var. Bu, komandanın tarixinin ən zəif göstəricisinin təkrarıdır.

Milli özü üçün debüt olan AVRO-1996-nın seçmə oyunlarında da indiki kimi cəmi 1 xal yığıb. Həmin antirekord 26 ildən sonra təkrarlana bilər. Bunun baş verməməsi üçün komandamız Lüksemburqa uduzmamalıdır. Heç-heçə və ya qələbə bu antirekorddan qaçmağa yetərlidir.

Amma bir xal digər antirekorddan qaçmaq üçün kifayət etməyəcək. Söhbət DÇ-lərin seçmə mərhələlərindəki ən uğursuz nəticədən gedir.

Yığmamız iki dəfə DÇ-1998 və DÇ-2006-ya gedən yolda 3 xal toplayıb. Bu gün yalnız qələbə millini antirekorddan qurtaracaq. 

Qeyd edək ki, yığmamız keçirdiyi 7 görüşdə 1 heç-heçə edib, 6 dəfə məğlub olub.