Anton Krivotsyuk “Neftçi”yə rəqib oldu
22.12.2021 - 17:40
Anton Krivotsyuk “Neftçi”yə rəqib oldu

“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, paytaxt klubunun hazırlığının ilk mərhələsi yanvarın 5-də başlayacaq.

“Ağ-qaralar” 9-dək Bakıda məşq edəcək. Məşq prosesi fiziki hazırlığa həsr olunacaq. 

Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Antalya şəhərinin Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. 

“Neftçi” yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da sabiq futbolçusu Anton Krivotsyukun şərəfini qoruduğu Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-dəki rəqib hələlik dəqiqləşməyib.