Aqueroya “Mançester Siti”dən təklif
06.01.2022 - 11:47
Ürəyində yaranmış problem səbəbindən ötən ay karyerasını başa vuran Serxio Aquero “Mançester Siti”yə qayıda bilər.
Apasport.az saytının məlumatına görə, “şəhərlilər” komanda tarixinin ən məhsuldar futbolçusuna klubun səfirinin köməkçisi vəzifəsini təklif etmək niyyətindədir.
Premyer Liqa təmsilçisinin hazırkı səfiri 1967-68 mövsümündə komanda ilə ölkə çempionluğunu qazanan Mayk Sammerbidir. O, 1965-1975-ci illərdə “Mançester Siti”nin formasını geyinib.
Qeyd edək ki, Serxio Aquero 2011-2021-ci illərdə “Mançester Siti”nin heyətində 390 oyun keçirib, 260 qol vurub.
0
0