Azərbaycan millisinin futbolçusu Araz Abdullayev yenidən ölkəmizdə çıxış edə bilər.
Apasport.az saytının məlumatına görə, “Etnikos”dan ayrılan yarımmüdafiəçi Premyer Liqa klubunun maraq dairəsindədir.
Baş məşqçi postuna belaruslu Aleksey Baqanı gətirən “Sumqayıt” rəhbərliyi komandanı da gücləndirmək istəyir ki, onların gündəmində olan futbolçulardan biri də məhz Abdullayevdir. “Gənclik şəhəri” təmsilçisi 30 yaşlı hücumameyilli oyunçu ilə danışıq aparır.
Qeyd edək ki, ötən ilin yayında “Etnikos”la anlaşan Araz Abdullayevin Kipr klubu ilə müqaviləsinə dünən xitam verilib. Futbolçu ölkəmizdə “Neftçi”, “Qəbələ” və “Qarabağ”ın formasını geyinib.