Ardıcıl 5-ci qələbə
26.12.2021 - 22:37
“Arsenal” Premyer Liqanın XIX turunda “Norviç”lə qarşılaşıb.
Apasport.az saytının məlumatına görə, 5:0 hesablı qələbə qazanan London klubu ardıcıl 5-ci dəfə qalib gəlib.
Mikel Artetanın yetirmələri bütün turnirlərdəki bu seriyada ümumilikdə 19 qol vurub və 2-ni buraxıb. “Topçular” çempionatda “Sauthempton”u 3:0, “Vest Hem”i 2:0, “Lids”i 4:1, Liqa kubokunda “Sanderlend”i 5:1 hesabı ilə yenib.
Qeyd edək ki, “Arsenal” 19 oyundan sonra 35 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. London klubu növbəti matçlarını “Vulverhempton” və “Mançester Siti” ilə görüşəcək.
0
0