Ardıcıl ikinci çempionluq - “Slaviya”dan
25.06.2020 - 01:15
Ardıcıl ikinci çempionluq - “Slaviya”dan

Avropanın daha bir ölkəsində futbol üzrə çempionatın qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Praqanın “Slaviya” klubu Çexiya çempionu adını təmin edib.

Bu, ikinci mərhələnin II turunda reallaşıb. Plzen “Viktoriya”sını 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 32 oyundan sonra xal hesabını 78-ə çatdırıb. Yindrjix Trpişovskinin yetirmələri sona üç tur qalmış “Viktoriya”nı 9 xal qabaqlayırlar. Plzenlilər liderə çatmaq imkanına malik olsa da, şəxsi oyunlardakı üstünlük “Slaviya”nın çempionluğu üçün yetərlidir.

Qeyd edək ki, ardıcıl ikinci çempionluğunu qazanan praqalılar 22 dəfə Çexoslovakiya, 6 dəfə Çexiyada ən yaxşı olub.
 

0