DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində XIII tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, son gündə bir oyun keçirilib.
Uruqvayla Argentina arasında baş tutan matçın taleyini 1 qol həll edib. Anxel Di Mariyanın 7-ci dəqiqədə vurduğu yeganə top argentinalılara səfər qələbəsi qazandırıb. Bu, “tanqoçular”ın 28 xalla 2-ci pillədəki mövqeyini möhkəmlətməsi ilə nəticələnib. Uruqvay isə 16 xalla 6-cı yerdə qalıb.
Seçmə mərhələdə XIV turun oyunları noyabrın 16-da keçiriləcək.
Qeyd edək ki, bir gün əvvəl Kolumbiyanı 1:0 hesabı ilə üstələyən lider Braziliya dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.