Arteta təsdiqlədi: “Yeni hücumçu alacağıq”
08.01.2022 - 22:51
Arteta təsdiqlədi: “Yeni hücumçu alacağıq”

“Arsenal” hücum xəttini gücləndirməyə çalışır.

Apasport.az saytının məlumatına görə, bunu London klubunun baş məşqçisi Mikel Arteta deyib.

Çalışdırıcı bildirib ki, yeni hücumçu transferi məsələsində çalışmalar davam edir: “Mütləq yeni hücumçu alacağıq. Bunu yanvarda, yoxsa yayda edəcəyimiz başqa sualdır. Amma axtarışdayıq. Danışıqlara açığıq”.

Paytaxt təmsilçisinin ön xəttə prioritet hədəfi “Fiorentina”nın forvardı Duşan Vlahoviçdir. Premyer Liqa klubu Serbiya millisinin üzvü üçün 80 milyon avro xərcləməyə hazırdır.

Qeyd edək ki, “Arsenal” Premyer Liqada 20 matçdan sonra 35 xalla dördüncü yerdədir.