Asensio “Milan”ın hədəfində
07.05.2022 - 12:12
Asensio “Milan”ın hədəfində

“Real”ın futbolçusu Marko Asensio karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Milan”ın transfer siyahısındadır.

A seriyası təmsilçisi 26 yaşlı futbolçunu yayda heyətinə qatmaq istəyir. “Real” ildə 7 milyon avro maaş tələb edən oyunçusunu saxlamaq fikrindədir. “Milan” isə yalnız 5 milyon ödəməyə razıdır.

Qeyd edək ki, Asensio mövsümün 40 oyununda 12 qola imza atıb. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.