Assosiasiya “Beşiktaş”a rəqib oldu
10.01.2022 - 23:16
Xorvatiyalı Slaven Biliçin “Beşiktaş”a qayıtması sual altına düşüb.
Apasport.az saytının məlumatına görə, buna səbəb 54 yaşlı mütəxəssisin yeni təklif almasıdır.
Xorvatiya millisinin sabiq çalışdırıcısının Polşa yığmasının sükanı arxasına keçmə variantı yaranıb. Polşa Futbol Assosiasiyası hazırda işsiz olan Biliçlə danışıqlara start verib. Məşqçi son komandası olan Çin “Beyçzin Qoan”la müqaviləsinə dünən xitam verib.
Qeyd edək ki, Slaven Biliç 2013-2015-ci illərdə “Beşiktaş”ı çalışdırıb.
0
0