Avrokuboklara gedəcək Azərbaycan klubları – TAM SİYAHI
15.05.2022 - 18:57
Avrokuboklara gedəcək Azərbaycan klubları – TAM SİYAHI

Azərbaycanı avrokubokların 2022/23 mövsümündə təmsil edəcək komandaların tam siyahısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, buna Premyer Liqanın XXVII turu aydınlıq gətirib.

Konfrans Liqasına son iki vəsiqəni “Zirə” və “Qəbələ” qazanıb. Bununla da qitə miqyaslı turnirlərə yollanacaq 4 klubun hamısı dəqiqləşib.

Ölkə çempionu adını əvvəldən təmin edən “Qarabağ” bir illik fasilədən sonra yenidən Çempionlar Liqasında oynayacaq. Konfrans Liqasına vəsiqəni öncədən qazanan “Neftçi”yə isə “Zirə” və “Qəbələ” qoşulub.

2022/23 mövsümündə avrokuboklardakı Azərbaycan təmsilçiləri
Çempionlar Liqası:
“Qarabağ”
Konfrans Liqası: “Neftçi”, “Qəbələ”, “Zirə”