Konfrans Liqasında “Qarabağ” və “Marsel” arasında baş tutacaq pley-off oyunları Azərbaycanla Fransa klubları arasında 6-cı duel kimi tarixə düşəcək.
Apasport.az saytının məlumatına görə, indiyədək 5 duel çərçivəsində 10 oyun baş tutub.
“Qarabağ” hamıdan çox – 6 dəfə fransalılarla görüşüb. 22 il öncə “Monpelye” qarşısında aciz qalan təmsilçimiz daha iddialı komandaya çevrildikdən sonra qrupda “Sent-Etyen” və “Monako” ilə başabaş mübarizə aparıb. Bu 4 matçda ağdamlılar üç heç-heçəyə nail olub.
Fransalılarla digər 4 matç eyni mövsümdə eyni komandanın hesabındadır. “Qəbələ” 2016/17 mövsümündə “Lill” və “Sent-Etyen”lə görüşüb. “Lill” üzərində qələbə hələlik Fransa təmsilçiləri üzərində yeganə qələbəmizdir. Bu rəqibə uduzmayan təmsilçimiz qrupdakı matçlarda məğlub olub.
Ümumiyyətlə, Fransa klubları ilə matçlarda 1 qələbə və 4 heç-heçəsi olan komandalarımız 5 dəfə məğlubiyyətə üzülüb. 5 qol vuran təmsilçilərimiz 16 top buraxıb.
1999/2000 mövsümü
İntertoto kuboku, II mərhələ
“Qarabağ” – “Monpelye” (Fransa) - 0:3, 0:6
2014/15 mövsümü
Avropa Liqası, qrup
“Qarabağ” – “Sent-Etyen” (Fransa) - 0:0, 1:1
2015/16 mövsümü
Avropa Liqası, qrup
“Monako” (Fransa) – “Qarabağ” - 1:0, 1:1
2016/17 mövsümü
Avropa Liqası, pley-off
“Lill” (Fransa) – “Qəbələ” - 1:1, 0:1
Avropa Liqası, qrup
“Sent-Etyen” (Fransa) – “Qəbələ” - 1:0, 2:1