Avropa Liqasının finalçısı yeni müdafiəçi ilə güclənir
08.05.2022 - 16:56
Avropa Liqasının finalçısı yeni müdafiəçi ilə güclənir

Avropa Liqasının finalçısı “Ayntraxt” heyətinə yeni futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, Aurelio Buta yeni mövsümdən Almaniya klubunda çıxış edəcək.

Bundesliqa təmsilçisinin rəhbərliyi “Antverpen”in müdafiəçisinin keçidini razılaşdırıb. 25 yaşlı portuqaliyalı yeni klubuna azad agent kimi qoşulacaq. Buta ilə 4 illik anlaşma imzalanacaq.

Qeyd edək ki, Aurelio cari mövsümün 21 matçında 3 qol vurub.