Son 5 mövsümdə ən çox penalti qazanan komandalar müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, CİES Avropanın 31 liqası ilə bağlı araşdırmaları “Srvena Zvezda”nın lider olduğunu üzə çıxarıb.
2018-ci ilin yayından hesabat dövründə 125 matça çıxan Serbiya klubu hər 239 dəqiqədən bir penalti şansı qazanıb. Rekordçu ən yaxşı izləyicisini 17 dəqiqə üstələyir Dinamo”su 256, PAOK-la Çexiya “Slaviya”sı 257 dəqiqədə bir dəfə 11 metrlik zərbə endirib.
“Böyük beşlik”də rekord “Mançester Yunayted”ə məxsusdur. İngiltərə təmsilçisi 299 dəqiqədə bir şans əldə edib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası 31 liqa sırasına daxil edilməyib.