“Qarabağ” avrokuboklarda yubiley oyununa çıxacaq.
Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının qrup mərhələsinin VI turunun “Bazel”lə qarşılaşması Ağdam klubunun qitə miqyaslı turnirlərdə 140-cı matçı olacaq.
Təmsilçimiz indiyədək 139 görüşə çıxıb. Bu oyunlardan 51-də “Qarabağ” qalib gəlib.
Eyni sayda məğlubiyyət alan ağdamlılar İsveçrədəki görüşdə bu tarazlığı dəyişə bilər. Komandanın aktivində 37 heç-heçə də var.
139 matçda 148 qol vuran “Qarabağ” Bazeldə yubiley topuna da imza ata bilər. Bunun üçün qonaqlar 2 dəfə meydan sahiblərinin qapısına yol tapmalıdır. Təmsilçimiz öz qapısından 168 top buraxıb.
Qeyd edək ki, “Qarabağ” avrokuboklarda 1996/97 mövsümündə debüt edib.