Ayxan Abbasovun istefasının təfərrüatları
17.12.2021 - 09:32
Ayxan Abbasovun istefasının təfərrüatları

“Sumqayıt”da baş məşqçi Ayxan Abbasovun istefasının təfərrüatları məlum olub.

Apasport.az saytının məlumatına görə, 40 yaşlı çalışdırıcının “gənclik şəhəri” təmsilçisindən ayrılması təklifi rəhbərlikdən gəlib.

Abbasov hələ Premyer Liqanın XI tur matçından sonra qış fasiləsi zamanı gedəcəyini istisna etməyib. Lakin rəhbərliklə görüş fikrini dəyişib. Xüsusən də, klub prezidenti Riad Rəfiyev onun postunda qalmasını istədiyini çalışdırıcıya bildirib. Ancaq görünür, ilin son matçında “Keşlə”yə məğlubiyyət rəhbərliyi də radikal addıma vadar edib. Üstəlik, tərəflər arasında transfer məsələsində də fikir ayrılığı yaşanıb.

Nəticədə Rəfiyev özü baş məşqçi ilə görüşdə müqaviləyə xitam verilməsini istəyib, o da buna qarşı çıxmayıb. Əməkdaşımızla söhbətində Ayxan Abbasov özü də ayrılmaqla bağlı təklifin məhz rəhbərlikdən gəldiyini gizlətməyib.

Qeyd edək ki, ötən mövsüm tarixində ilk dəfə Premyer Liqanın bürünc mükafatını qazanan “Sumqayıt” bu mövsüm 14 turda topladığı 12 xalla qış fasiləsinə 7-ci pillədə yollanıb.