Azar “Real”dan gedəcək? – Ançelotti açıqladı
14.05.2022 - 15:35
“Real”ın hücumçusu Eden Azarın taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvü növbəti mövsümü də “kral klubu”nda keçirəcək.
Bunu Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti yerli mətbuata açıqlamasında bildirib: “Eden Aza gələn mövsüm “Real”da qalacaq. Onun planı çox aydındır. Gələn mövsüm öz keyfiyyətlərini burada göstərmək istəyir”.
Qeyd edək ki, Eden Azarın xidmətində Dortmund “Borussiya”sı maraqlı idi.
0
0