Azərbaycan – Estoniya oyunun vaxtı açıqlandı
18.02.2022 - 13:03
Azərbaycan – Estoniya oyunun vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti oyununun vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, millimizin Avropa çempionatının seçmə mərhələsində Estoniyaya qarşı keçirəcəyi oyunun başlama vaxtı müəyyənləşib.

Martın 25-də keçiriləcək oyun saat 19:00-da başlayacaq. Görüş Sumqayıtdakı  “Kapital Bank Arena”da təşkil olunacaq.