Azərbaycan çempionatında 8 oyunluq cəza – hakimi döymək istədiyi üçün
18.02.2022 - 14:37
Azərbaycan çempionatında 8 oyunluq cəza – hakimi döymək istədiyi üçün

Futzal üzrə Azərbaycan çempionatında xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, bu, İkinci Liqanın “Atletiko Baku” – “Star Karqo” oyununda baş verib.

Nominal qonaqların oyunçusu Şahin Abdinov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bundan narazı qalan futzalçı hakimə qarşı təhqiramiz ifadələr işlədib və ona fiziki təsir göstərməyə cəhd edib.

AFFA-nın İntizam Komitəsi baş verənləri müzakirə edərək oyunçunu cəzalandırıb. O, 8 oyunluq diskvalifikasiya edilib.