Azərbaycan çempionatında futbolçu kəllə atdı, kütləvi dava düşdü
03.12.2021 - 14:01
Azərbaycan çempionatında futbolçu kəllə atdı, kütləvi dava düşdü

16 yaşadək futbolçular arasında Azərbaycan çempionatında qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə “Keşlə” – İCBFA oyununda baş verib.

“Keşlə”nin futbolçusu Rəvan Ələsgərov 60-cı dəqiqədə rəqibə başla zərbə endirib. Onun kəllə atması kütləvi dava-dalaşa səbəb olub. AFFA-nın İntizam Komitəsi futbolçunu 8 oyunluq cəzalandırıb. 

Onun komanda yoldaşı Ramal İsmayılzadə və İCBFA-nın futbolçusu Tağı Nağıyev kütləvi dava-dalaşda iştirak edib. Onların hərəsi 6 oyunluq cəza alıb.