Azərbaycan çempionatında əvəzetmə sayı dəyişdirilmədi
29.04.2022 - 16:34
Azərbaycan çempionatında əvəzetmə sayı dəyişdirilmədi

Azərbaycan çempionatında əvəzetmə sayına yenidən baxılıb.

Apasport.az saytının məlumatına görə, bu, AFFA-nın İcraiyyə Komitəsində müzakirə olunub.

Qərara alınıb ki, əvəzetmə sayı dəyişdirilməsin. Komandalar hər qarşılaşma ərzində 3 əvəzetmədən yararlana biləcək.

Qeyd edək ki, əvəzetmə sayı pandemiya ilə əlaqədar 5-ə qaldırılmışdı və bəzi yarışlarda sonradan dəyişməz qalıb.