Bu gün Yüksək Liqanın pley-off mərhələsinin ikinci oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, bununla finalçılar müəyyənləşib.
“Araz-Naxçıvan” ilk matçda olduğu kimi, “Baku Fire”ni yenə darmadağın edib. “Neftçi” İK – EKOL görüşü daha maraqlı alınıb. Ancaq EKOL yenə 2 top fərqli qalibiyyət əldə etməyi bacarıb.
Bununla son çempion “Araz Naxçıvan” finalda EKOL-la üz-üzə gələcək. Məğlub komandalar isə 3-cü yer uğrunda matçda qarşılaşacaq.
“Neftçi” İK – EKOL - 2:4
Qollar: İlkin Hacıyev, 2:51, Rüfət Balakişiyev, 48:52 - Namiq Məmmədkərimov, 23:31, 46:51, Mehdi Rəsulov, 41:53, Radik Əhmədov, 49:45
İlk oyun: 0:2
“Baku Fire” – “Araz-Naxçıvan” - 0:6
Qollar: Felipinyo, 3:23, İsa Atayev, 7:43, Xətai Bağırov, 32:51, Ramiz Çovdarov, 34:24, 37:36, Fərid Ələkbərov, 38:24
İlk oyun: 3:9